Bu il AMEA Naxçıvan bölməsinin əməkdaşlarının 348 elmi əsəri çap olunub
Naxçıvan, 9 dekabr, AZƏRTAC
Cari ildə AMEA Naxçıvan Bölməsinin 2 əməkdaşına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmlər doktoru elmi dərəcəsi verilib. İki nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 2 doktorluq dissertasiyasının seminarı keçirilib, işlər müdafiəyə buraxılıb, 1 nəfərin doktorluq dissertasiya işinin müzakirəsi aparılıb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna bölmənin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı, 4 tezisi olmaqla 348 elmi əsəri çap olunub. Əsərlərdən 57-si xaricdə, 141 elmi məqalə beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda dərc edilib. Məqalələrdən 6-sı “Web of Science”, 2-si “Scopus”, 1-i “Ulakbim” elmmetrik bazalarında olmaqla 15-i təsir əmsallı jurnalda işıq üzü görüb. Hesabat ilində “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının isə 3 nömrəsi çapdan çıxıb. Hər iki jurnalda çap olunan məqalələr DOİ rəqəmsal identifikatoru ilə təmin olunub. Əməkdaşların 192 qəzet məqaləsi işıq üzü görüb.
Naxçıvanda növbəti monitorinq imtahanlarında 9 mindən artıq şagird iştirak edib
MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib
Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək
Sumqayıtda “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib
Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir