Azərbaycanın xarici işlər naziri ATƏT-in yeni təyin olunmuş baş katibini təbrik edib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT-in baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.
Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb.
Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb
Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam