Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.
Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Professor Mirzə Qurbanov vəfat edib
AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO