Füzulidə avtomobil aşıb, xəsarət alanlar var
Füzuli, 9 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 171-ci kilometrliyində, Füzuli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Samir Qəhrəmanov, Ramiz Bəylərzadə, Mustafa Qasımov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilib, daha sonra Gəncə şəhərindəki xəstəxanaya təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır
Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ
Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir
66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir
Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır VİDEO