“Məşğulluğa dəstək” layihəsi çərçivəsində iki rayonda ictimai dinləmələr keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi barədə növbəti ictimai dinləmələr İmişli və Beyləqanda təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Professor Mirzə Qurbanov vəfat edib
AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib
“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO