ANAMA: Ötən həftə 768,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində ötən həftə ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 29 mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Ümumilikdə ötən həftə ərzində 768,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
İtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb
Şamil Ayrım: 2025-ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq
FHN: Sumqayıtda yanğınla nəticələnən yol qəzası olub, ölənlər var
Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” medalı təqdim olunub