Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-10° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 774 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq
Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Faktiki hava: Bəzi rayonlara qar yağır
Sabunçu rayonunda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
Nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına vəsiqə və medallar təqdim olunub