Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olundu VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, bununla da, həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat istifadə edə bilirlər.
Bu gün Bakının 549 küçəsi yuyulub
“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb