×
A
A
A
Sazlamalar

Azərbaycanın tanınmış hərbi diktorunun yaradıcılığına həsr olunan tədbir keçirilib

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun şücaətlərindən danışıb. Qeyd edib ki, müharibədə reallaşan hərbi əməliyyatlar tarixə qızıl hərflərlə yazılıb.
Tədbirdə “Vətən” marşı klipinin təqdimatı keçirilib.
Təqdimatdan sonra çıxış edən polkovnik C.Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Sonra Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ifa edib.

Cəmiyyət 2024-12-09 12:37:00