Dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub. Müraciətlərin 77.1 faizi müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, 17.8 faizi məişət şəraitinin yaxşılaşdırılması, 3.2 faizi istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması, 1.9 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı ilə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransında “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.
“Dörd il ərzində məişət şəraitinin yaxşılaşdırılması üzrə 42 milyon 245 min 250 manat, müalicə və psixoloji dəstək xərclərinin qarşılanması üzrə 32 milyon 426 min 693 manat 48 qəpik, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması üzrə 7 milyon 11 min 408 manat 82 qəpik, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə 3 milyon 528 min 136 manat 58 qəpik vəsait xərclənib”, - deyə E.Hüseynov bildirib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq
Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Faktiki hava: Bəzi rayonlara qar yağır
Sabunçu rayonunda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb