×
A
A
A
Sazlamalar

Ötən ay ailə başçısını itirməyə görə 191,5 min şəxsə pensiya və müavinət ödənilib

Bakı, 9 dekabr, AZƏRTAC

Bu ilin noyabr ayında ailə başçısını itirməyə görə 191,5 min şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 135,8 mini pensiya, 55,7 mini isə müavinət alıb.

Cəmiyyət 2024-12-09 11:22:00