×
A
A
A
Sazlamalar

İtaliya A Seriyası: "Napoli" "Latsio"ya məğlub olub

Bakı, 9 dekabr, AZƏRTAC

İtaliya A Seriyasında XV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" doğma meydanda "Latsio" ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarını 31-ə çatdıran "Latsio" 5-ci pillədə qərarlaşıb. "Napoli" isə 32 xalla 2-ci yerdədir.

İdman 2024-12-09 01:45:00