Almaniyanın ikinci ən uzun asma körpüsü istifadəyə verilib
Berlin, 9 dekabr, AZƏRTAC
Almaniyanın ikinci ən uzun asma körpüsü Hessen əyalətindəki Rotenburq an-der Fulda şəhərində istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, uzunluğu 617 metr olan asma körpünün yerdən hündürlüyü 60 metrdir. Polad konstruksiyanın ümumi çəkisi 84 tondur. Eni bir metr olan “Highwalk” körpüsündə eyni vaxtda 600 nəfər hərəkət edə bilər.
Qeyd edək ki, Almaniyanın ən uzun və ən hündür asma körpüsü də Hessen əyalətindədir. “Skywalk” adlı körpünün uzunluğu 665, yerdən hündürlüyü isə 100 metrdir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
CAR-ın G20-yə sədrliyi həmrəylik və bərabərlik prinsipini rəhbər tutacaq
Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb
Astronomlar Yerdən 520 işıq ili uzaqlıqda ən güclü küləklərin əsdiyi planet aşkar ediblər
Paris Olimpiya kəndindən narazılıqlar artır
“Apple” yenidən dünyanın ən dəyərli brendlərinə liderlik edir