Yeddi qolun vurulduğu London derbisini "Çelsi" qazanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha 4 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə "Tottenhem" "Çelsi"ni qəbul edib. Yeddi qolun vurulduğu London derbisində qonaqlar 4:3 hesablı qələbə qazanıblar.
Günün digər matçlarında "Arsenal" səfərdə "Fulhem"lə 1:1, "Brayton" "Lester"lə 2:2 hesablı heç-heçə edib, "Bornmut" isə "İpsviç"ə qalib gəlib - 2:1.
Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir. Mersisayd klubunun ehtiyatda daha bir oyunu var.
Premyer Liqa: “Mançester Siti”dən altı qollu qələbə
Superliqa: “Fənərbağça” darmadağınla qələbə qazanıb
Misli Premyer Liqası: “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib
İspaniya La Liqası: “Real Madrid” liderliyə yüksəlib
Premyer Liqa: “Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub olub