×
A
A
A
Sazlamalar

Formula 1: “McLaren” 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub

Bakı, 8 dekabr, AZƏRTAC

Britaniyanın “McLaren” komandası 2024-cü il mövsümü üçün Formula 1 sinfi üzrə Dünya Konstruktorlar Kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, “McLaren”in britaniyalı pilotu Lando Norris Əbu-Dabidə keçirilən final, 24-cü mərhələ yarışında qalib gəlib. “Ferrari”nin pilotları ispaniyalı Karlos Sayns və moneqasklı Çarlz Lekler müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Lakin bu, İtaliya komandasına komanda hesabında “McLaren”ə çatmağa kömək etməyib.

İdman 2024-12-08 18:46:00