Azərbaycanın iki güləşçisi Qazaxıstanda qızıl medal qazanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış edib. Nürəddin Novruzov (61 kiloqram) və Abdulrəhman İbrahimov (65 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb
Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib