Ağdaş rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 96 kvadratmetr olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kvadratmetr sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır
ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək
® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib
“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib