×
A
A
A
Sazlamalar

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib

İstanbul, 7 dekabr, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva İstanbul Konsullar Korpusunun (İstanbul Consular Corps-İCC) növbəti ənənəvi iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, toplantıda Türkiyədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri tərəfindən İCC-nin yeni dövr sədrliyinin Nərminə Mustafayevaya həvalə edilməsi qərara alınıb.
Qeyd edək ki, 2001-ci ildə qurulan İCC İstanbuldakı baş və fəxri konsulları bir araya gətirən diplomatik platformadır.

Siyasət 2024-12-07 19:00:00