Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Naxçıvan, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəsisləri tərəfindən yüksək dağlıq ərazilərdə qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ordubad və Şahbuz rayonlarında qarölçmə işləri aparılıb, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə qarın hündürlüyü Ordubad
rayonunun yüksək dağlıq ərazisi sayılan Parağaçay istiqamətində 3000 metr yüksəklikdə 11 santimetr, 2300 metr yüksəklikdə 7 santimetr, Şahbuz rayonunun yüksək dağlıq əraziləri sayılan Batabat istiqamətində 15, Biçənək istiqamətində 8, Kükü istiqamətində isə 5 santimetr qeydə alınıb.
Mütəxəssislər digər marşrutlar üzrə də qarölçmə işlərini davam etdirirlər.
Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək
Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb
Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı VİDEO