Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
Bakı, 6 dekabr, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarının finalçıları, Avropa birincisi və dünya üçüncüsü olan Azərbaycanın qrup hərəkətləri komandasının üzvləri Milli Gimnastika Arenasında ustad dərsi keçiblər.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, dərs müddətində kiçikyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması və özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Sonda komanda üzvləri iştirakçılara öz avtoqraflarını təqdim ediblər.
Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb
Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək