Bakıda NATO-nun təlim kursu keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Təlim və məşq kursu” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesinə dair müxtəlif mövzular tədris edilib.
Kursun yekununda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinq təqdim olunub.
Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, keçirilən kursun əsas məqsədi NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesini dinləyicilərə aşılamaqdan ibarətdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb