Tokayevlə Tramp arasında telefon danışığı olub
Astana, 6 dekabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Siyasətçilər ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər.
Qazaxıstan Prezidenti beynəlxalq gündəmin ən aktual məsələlərlə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
Prezidentlər ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq məqsədilə müntəzəm əlaqələr qurmaq barədə razılığa gəliblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər
Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır
Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb