Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Beynəlxalq elmi simpozium keçirilib
Qazax, 6 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti, Hoca Ahmet Yasavi adına Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl dünya - bizim dünya” mövzusunda Beynəlxalq elmi simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayonda Ümummilli Lider Heydər Əliyev adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Dahi liderin adını daşıyan Mərkəzi ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətini özündə əks stendlərlə yaxından tanış olublar.
Tədbir iştirakçıları şəhərin mərkəzində Şəhidlər xiyabanını da ziyarət edərək memorial önünə tər qərənfillər düzüblər.
Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, dosent İlhamə Qəsəbova elmi simpoziumun əhəmiyyətindən söz açıb. Simpoziuma 180 məqalə təqdim edildiyini, həmçinin iştirakçıların bu tədbirdə bölmələr üzrə həm onlayn, həm də üz-üzə öz işini davam etdirdiyini vurğulayıb. Bildirilib ki, simpozium iki gün davam edəcək. Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Leventin və Hoca Ahmet Yasavi adına Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Janar Temirbekovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. O, icra hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 23400 ədəd ağac əkildiyi diqqətə çatdırıb.
Daha sonra məruzələr dinlənilib. Dünyada iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan, bu istiqamətdə həyata keçirilən məqsədyönlü layihələrdən söhbət açılıb.
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb
Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım
Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq