Gəncə teatrının direktoru: Festivallar təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır
Şəki, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Çox xoş günlər yaşayırıq. Artıq beşinci gündür ki, IV Şəki Beynəlxalq Teatr Festivalındayıq. Bir-birindən maraqlı tamaşalara baxdıq, müxtəlif ölkələrdən gələn kollektivlərin çıxışlarını izlədik. Bu işdə əməyi olan bütün təşkilatlara, Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Teatr Xadimləri İttifaqına dərin təşəkkürümüzü bildiririk”.
Bu fikirləri IV Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Festivalın bağlanış günündə çıxış etməyin çox xoş olduğunu vurğulayan direktor deyib: “Biz də festivala əliboş gəlməmişik, Əziz Nesinin “Toros canavarı” tamaşasını gətirmişik. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Tamaşaya quruluş vermək üçün İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikaranı dəvət etmişik. Belə festivallar müxtəlif teatrların, rejissor və aktyorların iş üslubu ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır”.
Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qarşılamağa hazırlaşır FOTO
Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib
Şəkidə aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb
Ballıcada rahat və təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb