Gəncəyə uçan Rusiya vətəndaşı Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub
Moskva, 5 dekabr, AZƏRTAC
Gəncəyə uçan Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərinin sakini Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub.
AZƏRTAC xəbər verir ki, bu barədə hava limanının teleqram kanalı məlumat yayıb.
Aeroportda qeydiyyatda olan milyonuncu sərnişin, Budyonnovskdan olan Yuri Kalyakin bacısı Nadejda ilə birlikdə “Azimut” aviaşirkətinin reysi ilə qohumlarını ziyarət etmək üçün Gəncəyə gedib. Yuriyə aviaşirkətdən və hava limanından xatirə hədiyyələri verilib.
2023-cü ildə Mineralnıye Vodı hava limanı beynəlxalq reyslərdə 900 mindən çox insana xidmət göstərib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO