Parisdə qəzəbli fermerlər aksiya keçiriblər
Paris, 5 dekabr, AZƏRTAC,
Fransada fermerlərin qəzəbi səngimir. Yağışlı və soyuq havaya baxmayaraq, onlar Parisdə Böyük Sarayın (Grand Palais) qarşısında etiraz nümayişinə toplaşıblar.
AZƏRTAC xəbər verir ki, Kəndli Konfederasiyasının (Confederation paysanne) çağırışı ilə nümayiş keçiriblər. Konfederasiya hərəkətə keçmək və fermerlərin iş şəraitini yaxşılaşdırmaq məqsədilə onları bir araya gətirib.
Böyük Sarayın qarşısına toplaşan fermerlər "Biz sizi yedizdiririk, bizə hörmət edin" şüarları səsləndiriblər. Nümayişçilər "Kəndliləri xilas edin, maklerləri yeyin" yazılmış şüarlar ucaldıblar. Əraziyə jandarm və milli polislər səfərbər olublar.
Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib
“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq
Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb
Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək