Sergey Lavrov: KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur
Moskva, 5 dekabr, AZƏRTAC
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün sənədlər təqdim etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.
“Xeyr, belə bir sənəd daxil olmayıb. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, təşkilatdan çıxmaq “indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”.
“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb
Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək
Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb
Belarus Prezidenti 15 məhbusu əfv edib
Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər