İstanbulda yeni dünya nizamında İslam aləminin çağdaş problemləri müzakirə olunacaq
İstanbul, 5 dekabr, Günel Karatepe, AZƏRTAC
Dekabrın 13-dən 15-dək İstanbulda yeni dünya nizamında fərqli coğrafiyalardakı İslam dünyasının çağdaş problemləri müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə təşkil olunacaq İstanbul Forumunda “Çağdaş İslam Düşüncəsi və İslam Dünyası" mövzusu təhlil ediləcək.
Tədbirdə yeni dünya nizamı qurmaq yolunda göstərilən iradənin əsaslanması zəruri olan elmi sahələr, müsəlman dünyasının son əsrdə bu sahənin inşası istiqamətində gördüyü və ya görəcəyi işlər, tarixdə yenidən öz mövqeyini bərpa etməyə çalışan fərqli coğrafiyalarda bu iradənin qarşısında duran yerli və qlobal maneələr kimi mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Elm və gələcək perspektivlərin əsas götürüləcəyi tədbirin hədəfi dünyadakı müsəlman cəmiyyətlərinin qarşılaşdığı əsas çətinlikləri müəyyən edərək, bu problemlərin həlli istiqamətində nəzəri və praktiki yol xəritələri hazırlamaqdır.
Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb
Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək
Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb
Belarus Prezidenti 15 məhbusu əfv edib
Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər