Pakistanlı qonaq: Şuşadakı tədbir gənclərin düzgün istiqamətdə inkişafı üçün atılan addımlardan biridir
Şuşa, 5 dekabr, AZƏRTAC
"Belə böyük tədbirdə olmaq mənim üçün fəxrdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında iştirak etmiş Komal Sohaib deyib.
Pakistanlı qonaq bildirib ki, 57 ölkəni bir araya gətirmək asan iş deyil: "Həqiqətən də gözəl təşkilatçılıq oldu. Burada öyrəndiklərimi ölkəmdəki gənclərlə bölüşəcəyəm. Bu tədbir gənclərin düzgün istiqamətdə inkişafı üçün atılan addımlardan biridir. Şuşa şəhərinə gəlincə, bura həqiqətən də Qarabağın mirvarisidir”.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO