NBC: Donald Trampın komandası miqrantları deportasiya edəcək ölkələrin siyahısını hazırlayır
Bakı, 5 dekabr, AZƏRTAC
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandası miqrantların öz vətəni tərəfindən qəbul edilməyəcəyi təqdirdə onların deportasiya oluna biləcək ölkələrin siyahısını hazırlayır.
AZƏRTAC xəbər verir ki, “NBC News” telekanalının məlumatına görə, siyahıya Baham adaları, Panama və Qrenada kimi ölkələr, həmçinin Böyük Britaniyanın xarici əraziləri olan Terks və Kaykos adaları daxildir. Ağ evin gələcək administrasiyası ABŞ-dan deportasiya ediləcək miqrantları daşıyan təyyarələrin qəbulu ilə bağlı adıçəkilən ölkələrin hakimiyyət orqanları ilə danışıqlara başlayıb.
Donald Tramp, həmçinin Meksikanı təkcə öz vətəndaşlarını deyil, digər ölkələrdən olan miqrantları da qəbul etməyə razı salmaq niyyətindədir. ABŞ-ın gələcək prezidenti bunun üçün Mexikonu rüsum tarifləri ilə təhdid edə bilər.
Miqrasiya böhranı ABŞ-dakı seçki yarışının əsas mövzularından biri olub. Respublikaçılar böhrana görə Cozef Bayden administrasiyasını və demokratları günahlandırırlar. Donald Tramp ictimai çıxışlarında inaqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirəcəyini dəfələrlə bəyan edib.
Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib
“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq
Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb
Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək