×
A
A
A
Sazlamalar

T.N.Əliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:

Toğrul Nəcəfəli oğlu Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 dekabr 2024-cü il

Sərəncamlar 2024-12-05 17:07:00