Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2
Abşeron rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
Beynəlxalq axtarışa verilmiş daha 3 nəfər ölkəmizə ekstradisiya edilib
Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib