Qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb.
AZƏRTAC xəbər verir ki, I turun görüşləri Bakı və Gəncədə keçirilib. Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəlib. Hər üç qarşılaşmada 3:0 hesabı qeydə alınıb.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları dekabrın 6-7-də keçiriləcək.
Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub
Çempionlar Liqası: PSJ “Mançester Siti”ni, “Real Madrid” “Zaltsburq”u sınağa çəkəcək
Avropa Liqası: “Beşiktaş” İspaniya klubuna qarşı
“Fənərbağça” braziliyalı futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb
Çempionlar Liqası: “Barselona”dan fantastik geridönüş, “Liverpul” doğma meydanda qələbə qazanıb