NATO-nun proqramlarında iştirak edən Azərbaycan hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 3 dekabr, AZƏRTAC
NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.
Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib VİDEO