Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1621 yeni iş yeri açılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeni iş yerlərinin 912-si dövlət, 709-u isə qeyri-dövlət sektorunda qeydə alınıb. Yeni yaradılmış 101 müəssisədə və təşkilatda 1260, mövcud 49 müəssisə və təşkilatda isə 361 iş yeri açılıb. Ümumi yeni iş yerlərinin 1331-i Naxçıvan şəhərinin, 100-ü Şərur, 74-ü Babək, 31-i Ordubad, 34-ü Culfa, 12-si Kəngərli, 19-u Şahbuz və 20-si Sədərək rayonlarının payına düşüb.
Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır
Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ
Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir
66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir
Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır VİDEO