Sumqayıtda Beynəlxalq Əlilliyi olan şəxslər Gününə həsr edilmiş tədbir keçirilib
Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Beynəlxalq Əlilliyi olan şəxslər Günü münasibətilə Sumqayıtdakı Əli Kərim adına Poeziya evində N. Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin, Cəfər Cabbarlı adına Mədəniyyət evi və 6 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə “Ümid və dəstək görüşü” adlı tədbir keçirilib. Tədbirdə əlilliyi olan şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, mədəniyyət işçiləri iştirak edib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Əlilliyi olan şəxslər Günü haqqında məlumat verilib. Bildirilib ki, bütün dünyada hər il dekabrın 3-də qeyd edilən Beynəlxalq Əlilliyi olan şəxslər Günü 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi ilə təsis olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Tədbir konsert proqramı ilə davam edib.
Sonra Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin şagirdlərinin – gənc rəssamların sərgisinə baxış keçirilib.
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb
Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım
Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq