AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək. Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkil ediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
Gömrükçülər 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib
İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib
Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb