Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar
Bakı, 2 dekabr, AZƏRTAC
Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alan bir qrup zabit heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Zabitlərə Özbəkistanda doğulan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab bağışlanıb.
Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra qonaqlar Azərbaycanla Özbəkistan arasındakı mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qısametrajlı filmə baxıblar.
Sonra milli rəqslərimizdən ibarət konsert proqramı təqdim olunub.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb