"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak edib.
Çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas səviyyəsinin, eləcə də döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Bildirilib ki, kurs müddətində hərbi qulluqçular müxtəlif tapşırıqları yerinə yetirməklə peşəkar dalğıc bacarıqları əldə ediblər. Dalğıclar gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər vacib fəaliyyətləri həyata keçirərək praktiki təcrübə qazanıblar.
Hərbi qulluqçular "Təməl dalğıc kursu"nu müvəffəqiyyətlə başa vurublar.
İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar