Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər qeyri-müəyyən müddətə bağlanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, paytaxtın bütün ibtidai məktəblərində təhsil distant qaydada təşkil olunacaq.
Bildirilib ki, aşağı keyfiyyətli yanacaq, kənd təsərrüfatı ərazilərinin və tullantıların yandırılması, havaların soyuması Dehlinin havasında qatı tüstü yaradıb. 30 milyon insanın yaşadığı meqapolis qış mövsümündə ekologiyasına görə hər il ən aşağı reytinq əldə edir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, pis hava hər il Dehlidə 12 minədək insanın ölümünə səbəb olur.
ABŞ-da güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Parisdə qəzəbli fermerlər aksiya keçiriblər
Sergey Lavrov: KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur
İstanbulda yeni dünya nizamında İslam aləminin çağdaş problemləri müzakirə olunacaq
Fransada yoxsulluq, sosial qeyri-bərabərsizlik getdikcə dərinləşir