Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib
Bakı, 15 noyabr, AZƏRTAC
UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 görüş keçirilib.
Gecənin ən maraqla gözlənilən matçı A Liqasında Belçika və İtaliya yığmaları arasında olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Fransa doğma meydanda İsraillə qolsuz heç-heçə edib.
A Liqası
II qrup
Belçika – İtaliya - 0:1
Fransa - İsrail - 0:0
B Liqası
II qrup
İrlandiya – Finlandiya - 1:0
Yunanıstan – İngiltərə - 0:3
III qrup
Qazaxıstan – Avstriya - 0:2
Sloveniya – Norveç - 1:4
C Liqası
IV qrup
Ermənistan – Farer adaları - 0:1
Şimali Makedoniya – Latviya - 1:0
Qeyd edək ki, Millətlər Liqasında V tura noyabrın 16-da yekun vurulacaq.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib