“Roma”nın yeni baş məşqçisi bəlli olub
Bakı, 14 noyabr, AZƏRTAC
İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Klaudio Ranyeri çalışdıracaq. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.
Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.
Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib