Almaniyada 370 oğurluq hadisəsi törətməkdə şübhəli bilinən dörd yeniyetmə axtarılır
Bakı, 14 noyabr, AZƏRTAC
Almaniyanın Karlsruhe şəhərində avtomobil satışı və təmiri ofislərinə daxil olaraq oğurluqlar edən yeniyetmələr axtarılır.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, ofislərin müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə cinayət hadisələrinin yeniyetmələr tərəfindən həyata keçirildiyi müəyyən olunub.
Polisin məlumatına görə, dörd yeniyetmədən ibarət dəstənin üzvlərindən ikisinin 16, ikisinin isə 13 yaşı var. Onlar indiyədək 370 cinayət hadisəsi törədiblər. Dəstə üzvləri oğurladıqları avtomobillərlə ofislərə daxil olur, onları qarət edirlər. Onlar oğurladıqları avtomobillərlə tez-tez qəzalar törədirlər. Cinayətkar dəstənin başçısının hələ üç il əvvəl polis tərəfindən nəzarətə götürülmüş 13 yaşlı suriyalı yeniyetmə olduğu bildirilir.
Parisdə qəzəbli fermerlər aksiya keçiriblər
Sergey Lavrov: KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur
İstanbulda yeni dünya nizamında İslam aləminin çağdaş problemləri müzakirə olunacaq
Fransada yoxsulluq, sosial qeyri-bərabərsizlik getdikcə dərinləşir
NBC: Donald Trampın komandası miqrantları deportasiya edəcək ölkələrin siyahısını hazırlayır