Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 11 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovun COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində yaşıl iqtisadiyyatın təşviqi mühüm yer tutur.
Görüşdə AYİB ilə yaşıl iqtisadiyyat, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində Azərbaycan-AYİB tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.
AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.
® “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spiker və moderatorları ilə görüş keçirilib
Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonuna qədər sabit qalacaq
“Bakı Taksi Xidməti”nin nəqliyyat vasitələrində POS-terminallar quraşdırılıb
Bakıda Türk Ticarət Mərkəzi açılıb VİDEO
“Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib