ADNSU-nun professor-müəllim heyəti Qarabağda elmi-tədqiqat işləri aparıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti Qarabağda ezamiyyətdə olub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi Azərbaycan Elm Fondunun “Qarabağ Azərbaycandır!” 2-ci qrant müsabiqəsi çərçivəsində (AEF-MQM-QA-2-2023-3(45)) “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsinin icrası, növbəti çöl-tədqiqat işlərinin aparılması və əldə edilmiş məlumatların süni intellektə tətbiqindən ibarətdir.
Qarabağ iqtisadi rayonunun Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında elmi-tədqiqat işləri aparılıb, layihənin icraçılarından ibarət şəxsi heyət ANAMA əməkdaşlarının müşayiəti ilə çay, bulaq və kəhrizlərin müasir vəziyyətinin müəyyən edilməsi yönündə müxtəlif hidroloji, hidrogeoloji və meteoroloji tədqiqatlar həyata keçiriblər.
Bununla yanaşı, Xankəndi şəhərində Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yenidənqurma işlərinin aparılması məqsədilə hidrometeoroloji stansiyaya baxış keçirilib. Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənovla stansiyanın fəaliyyətinin ən qısa zamanda yenidən bərpası məsələsi müzakirə edilib. Həmçinin ADSEA-nın Xankəndi Sukanal Sahəsinin rəisi Anar Cabbarov ilə fikir mübadiləsi aparılıb.
Pedaqoji Universitetdə Erasmus+ layihəsi çərçivəsində yekun görüşlər keçirilib
BDU IFLA-nın 18-ci Resurs mübadiləsi və sənəd paylaşımı konfransında təmsil olunub
AMEA-nın Kimya Elmləri Bölməsinin müəssisələri illik hesabatları təqdim ediblər