Türkiyə Superliqası: “Qalatasaray” və “Fənərbağça” qələbə qazanıb, “Beşiktaş” xal itirib
Bakı, 10 noyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə İstanbul nəhəngləri meydana çıxıblar.
“Qalatasaray” doğma meydanda “Samsunspor”a 3:2, “Fənərbağça” “Sivasspor”a 4:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Başakşəhər”in müqavimətini qıra bilməyib - 0:0.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 31 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 5 xal az toplayan “Fənərbağça” 2-cidir. “Beşiktaş” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib