Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün millidən çıxarılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.
UFC-nin prezidenti: Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm
Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
Rafael Fiziyev: Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir
UFC: Rafael Fiziyev çilili idmançıya qalib gəlib
Klublararası dünya çempionatı: “Borussiya” və “İnter” qələbə qazanıblar