×
A
A
A
Sazlamalar

Rəsmi Kişineu ölkənin hava məkanını pozan Rusiya dronlarına reaksiya verib

Kişineu, 10 noyabr, AZƏRTAC

“Rusiyanın iki pilotsuz uçuş aparatı (PUA) Moldovada qəzaya uğrayaraq ölkənin hava məkanını pozub”.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoy X sosial şəbəkəsində məlumat verib.
“Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün istifadə edilən iki Rusiya PUA-sı bu gün Moldovada qəzaya uğrayaraq Moldova vətəndaşlarının həyatını təhlükəyə atıb və hava məkanımızı pozub”, - deyə nazir qeyd edib.
Popşoy əlavə edib ki, Moldova bu təcavüzkar işğalları qətiyyətlə pisləyir və Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini bir daha pisləyir.
Noyabrın 9-dan 10-na keçən gecə Rusiya yenidən dronlarla Ukraynaya hücum ediblər. Müdafiə qüvvələrinin səhər saatlarına olan məlumata görə, 62 pilotsuz uçan aparatı vurulub.
Ümumilikdə 145 PUA buraxılıb. Qeyd olunur ki, Rusiyanın 10 PUA-sı Moldova, Belarus və Rusiya Federasiyası istiqamətində Ukraynanın hava məkanını tərk edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Dünya 2024-11-10 22:04:00