×
A
A
A
Sazlamalar

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

Vatikan, 10 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.
Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.
“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, - deyə Papa Fransisk vurğulayıb.
Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Siyasət 2024-11-10 21:45:00