Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Zirə”yə qalib gəlib
Bakı, 10 noyabr, AZƏRTAC
Misli Premyer Liqasında XIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün son oyununda “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki matçlarında “Neftçi” “Şamaxı” ilə (2:2), “Səbail” “Turan Tovuz”la (1:1), “Sabah” isə “Kəpəz”lə (2:2) heç-heçə edib, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
Turnir cədvəlinə 31 xalla “Qarabağ” başçılıq edir. “Araz-Naxçıvan” 27 xalla 2-ci, 26 xala malik “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib